Friday, 31 May 2024 16:13

Uniper 29-cu Bakı Enerji Forumunda iştirak edəcək

Uniper 5-6 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçirələcək 29-cu Bakı Enerji Forumunda iştirak edəcək. Bu barədə Caspian Energy Media-ya Uniperin Azərbaycan nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli bildirib.

Forumda iki məruzəçi ilə iştirak edən Uniper, eyni zamanda forumun ikinci günü keçiriləcək "Gas Dialogue" adlı sessiyasının sponsordur.

Uniper, qlobal enerji tədarükçüsü olmaqla yanaşı həmçinin şaxələndirilmiş uzunmüddətli müqavilə portfelinə sahib bazar əməliyyatlarının həcmi ildə təxminən 200 TWh olan Avropanın aparıcı enerji şirkətidir. 22,5  GW enerji istehsalı və 7,4 milyard kubmetr yeraltı qaz anbarı ilə 40-dan çox ölkədə fəaliyyət göstərir. Uniper Azərbaycanın Şah Dəniz II qaz yatağından Cənub Qaz Dəhlizi vasitəsilə ildə 1,5 milyard kubmentr qaz alır.  Avropa Birliyi və xüsusən Almaniyada enerji keçidini sürətləndirmək üçün Uniper mühüm addımlar atır. Belə ki, şirkətin son strategiyasına əsasən 2030-cu ilə qədər yaşıl və bərpaolunan enerji mənbələrinə və hidrogen istehsalına 8 milyard Avro yatırım edilməsi və hədəf olaraq istehsal olunan enerjinin 80% (yəni 15-20 GW) yaşıl olması nəzərdə tutulub. Uniper şirkəti Azərbaycanda SOCAR ilə birgə müəssisə yaradıb və hazırda Sumqayıtda ilk enerji səmərəliliyi layihəsini bitirmək üzrədir. Gələcəkdə yaşıl enerji sahəsi üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Read 257 times Last modified on Friday, 31 May 2024 12:16

 

NEWS