Thursday, 30 May 2024 16:34

Bakıda “Ümumdünya Aeronaviqasiya Sammiti 2024” və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək

11–13 iyun 2024-cü il tarixlərində Bakıda Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək. Tədbir “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən təşkil olunacaq.

Caspian Energy Media Azal-a istinadən xəbər verir ki, ekoloji davamlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarların verilməsi, bilik mübadiləsi və məhsuldar dialoqların aparılması məqsədilə hava hərəkətinə nəzarət sənayesinin dünya liderlərinin diqqətini cəlb etmək üçün nəzərdə tutulub.

Tədbirdə 100-dən çox ölkədən 350-yə yaxın mülki aviasiya rəhbərlərinin iştirakı gözlənilir.

Daha ətraflı: https://portal.azal.az/az/airline/news/30052024/

Read 88 times Last modified on Thursday, 30 May 2024 13:05

 

NEWS