Thursday, 30 May 2024 12:24

Media sahəsində Azərbaycan-Özbəkistan arasında ikitərəfli görüş baş tutub

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “İnformasiya xidmətləri–2024: yerli və xarici təcrübə” adlı seminar çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş baş tutub.

Bu barədə Caspian Energy Media MEDİA-ya istinadən xəbər verir ki, görüşdə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nun icra vəziyyəti müzakirə olunub.

Daha ətraflı: https://media.gov.az/ehmed-i-smayilov-ve-asadjan-xocayev-arasinda-ikiterefli-go-ru-s-kecirilib/

 

 

Read 79 times Last modified on Thursday, 30 May 2024 08:28

 

NEWS