Wednesday, 29 May 2024 13:34

Icloud Academy LEF Network Azerbaijan layihəsi çərçivəsində işgüzar səfərdə iştirak edir

Icloud Academy 26 may - 2 iyun tarixlərində LEF Network Azerbaijan layihəsi çərçivəsində baş tutacaq işgüzar səfərə qatılıb. Bu barədə Icloud Academy-nin təsisçisi və direktoru Tutu Məcidova bildirib.

Qeyd edək ki, səfər çərçivəsində Caspian Energy Club üzvləri Latviya, Estoniya və Finlandiyanı ziyarət edəcək. Səfərdə iştirak edəcək Icloud Academy-nin təsisçisi və direktoru Tutu Məcidova Caspian Energy Media-ya səfərdən gözləntiləri barədə məlumat verib.

“Latviya, Estoniya və Finlandiya kimi ölkələrdə Akademiyamızın tanınması və biznesin inkişafı bizim üçün vacibdir. Ölkəmizdə təsis etdiyimiz yeniliklər xaricdə öz əksini tapsa və xarici vətəndaşlar bundan istifadə edə bilsələr, biz çox şad olarıq. Bizim üçün hər üç ölkə ilə əməkdaşlıq çox faydalı olacaq, lakin B2B formatında Latviya şirkətləri ilə görüşlər daha çox olacaq. Latviya 2004-cü ildə Avropa Birliyinə üzv olduqdan sonra təhsilin bütün səviyyələrində inkişafı ilə seçilir”, - Tutu Məcidova bildirib.

Xatırladaq ki, Caspian Energy Club International European Union Central Baltic proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, yaşıl texnologiyalar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.

Read 407 times

 

NEWS