Friday, 24 May 2024 14:40

Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur

22-24 mayda Çin Xalq Respublikasının (ÇXR) Çenqdu şəhərində 6-cı Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisi keçirilir.

Caspian Energy Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, sərginin əsas məqsədi təchizat zəncirinin fasiləsizliyinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin (Orta Dəhliz) rəqabətqabiliyyətliyinin artırılması istiqamətində əldə olunmuş nailiyyətlərin müzakirəsi olub. Həmçinin ÇXR-in logistika şirkətlərinin bu proseslərdə iştirakının dəstəklənməsinə diqqət çəkilib.

Sərgidə iştirak edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Fariz Əliyev son illərdə Azərbaycanın nəqliyyat sistemində əldə olunmuş nailiyyətlər və aparılmış islahatlardan danışıb.

Read 153 times

 

NEWS