Thursday, 23 May 2024 14:20

AMEC 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edəcək

AMEC 4-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirələcək 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edəcək.  Bu barədə Caspian Energy Media-ya AMEC şirkətlər qrupundan bildirilib.

AMEC şirkətlər qrupu gəmi yoxlamaları, dəniz işləri və mühəndislik üzrə konsultasiya, dəniz layihələrinin hazırlanması və idarə olunması istiqamətində 2014-cü ildən Neft və Qaz sahəsində fəaliyyət göstərən Azərbaycanda analoqu olmayan milli şirkətdir.  AMEC müştərilərinə çoxprofilli və yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun xidmətlər göstərir.

Qeyd edək ki, AMEC öz fəaliyyət sahəsi üzrə Xəzər Neft və Qaz Sərgisində bu günədək təmsil olunacaq yeganə yerli şirkətdir.

Read 139 times Last modified on Friday, 31 May 2024 08:47

 

NEWS