Tuesday, 21 May 2024 14:09

Caspel təşəkkürnamə ilə mükafatlandırılıb

7 may 2024-cü il tarixində "Rabalon"un təşkilatçılığı, "ManageEngine" şirkətinin sponsorluğu ilə "ITCON Azerbaijan 2024" tədbiri baş tutub. Maraqlı və interaktiv formada keçən tədbirdə 200 nəfərdən çox yerli İnformasiya Texnologiyaları mütəxəssisi iştirak edib və "ManageEngine" şirkətinin müasir həlləri, kibertəhlükəsizlik alətləri barədə maariflənib, təcrübə mübadiləsi aparıblar. Bu barədə Caspian Energy Media-ya Caspel-dən biznesin inkişafı üzrə mütəxəssis Leyla Xəlilova bildirib.

Bu əməkdaşlıq çərçivəsində Caspel "Rabalon" rəhbərliyi tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.

Read 154 times Last modified on Tuesday, 21 May 2024 10:13

 

NEWS