Tuesday, 21 May 2024 12:40

IST Services "Sustainable Construction Summit"-in tərəfdaşı olub

AISA (Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası) və "PMD Projects" MMC tərəfindən təşkil edilmiş və "Towards COP 29" şüarı altında "Sustainable Construction Summit" (Dayanıqlı Tikinti Zirvəsi) adlı tədbir baş tutub. Bu barədə IST Services-dən marketing mütəxəssisi Nuran Musazadə Caspian Energy Media-ya bildirilib.

Sənayenin bir çox sahəsində olduğu kimi, tikinti sahəsində də təlimlərin təşkilini həyata keçirən IST Services bu tədbirin "Qızıl sponsoru" olub. BMT-nin Qlobal Saziş Təşəbbüsünün əsas tərəfdaşlığı və 300 nəfərə qədər özəl şirkət və dövlət müəssisəsi əməkdaşlarının iştirak etdiyi zirvənin sonunda lotodron keçirilmiş və IST Services tərəfindən 3 nəfər qalibə 1000 AZN dəyərində təlim paketi kuponu hədiyyə edilmişdir.

Read 136 times Last modified on Thursday, 06 June 2024 07:53

 

NEWS