Monday, 20 May 2024 17:14

Tacikistanın Dövlət Unitar Sənaye və İxrac Bankı ilə əməkdaşlıq memorandumu imzalanıb

Caspian Energy Media Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir ki, Bakıda təşkil edilən Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Tacikistanın Dövlət Unitar Sənaye və İxrac Bankı "Sanoatsodirotbonk" arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumda qurumlar arasında birgə əməkdaşlığın təmin edilməsi, eləcə də dəstək mexanizmlərinin həyata keçirilməsi və idarə edilməsində təcrübə mübadiləsi nəzərdə tutulub.

Read 97 times Last modified on Monday, 20 May 2024 13:18

 

NEWS