Friday, 17 May 2024 16:37

Azərbaycan Turizm Bürosu birinci yerə layiq görülüb

Caspian Energy Media Azərbaycan Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, 16 May 2024-cü il tarixində Azərbaycan Turizm Bürosu “China Outbound Tourism Research Institute” (Çin Xarici Turizm Araşdırmaları İnstitutu) tərəfindən təşkil olunmuş “Chinese Tourist Welcome Award 2024” (Çin Turist Qəbulu Mükafatı) müsabiqəsində “Potensial turizm destinasiyası” kateqoriyasında birinci yerə layiq görülüb.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana səfər edən Çin vətəndaşlarının sayında 2022-ci ilə müqayisədə 6 dəfədən çox artım müşahidə edilib.

Read 107 times

 

NEWS