Friday, 17 May 2024 10:36

Caspian Energy Club Latviya sahibkarlarının uzunmüddətli və güvənli tərəfdaşıdır

“Sizə bugünkü tədbirin təşkilinə və ümumilikdə iki ölkənin özəl sektoru arasındakı dialoqun təşviqinə görə dərin təşəkkürümü bildirirəm”, — Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Edqars Skuya qeyd edib və Caspian Energy Club-ın Latviyanın uzunmüddətli və güvənli tərəfdaşına çevrildiyini, tədbirin isə Azərbaycan və Latviya üçün daşıdığı yüksək əhəmiyyətini xüsusi vurğulayıb.

“Bu görüş sayəsində bu gün biz işgüzar dairələrimizin nümayəndələrinin verdiyi suallara savadlı, peşəkar cavablar ala bildik. Ölkələrimizin ixrac, idxal, yeni texnologiyalar sahəsində geniş və müsbət təcrübəsi var. Hesab edirəm ki, əməkdaşlığı daha da genişləndirə biləcəyimiz sahələr hələ də var”, — Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Edqars Skuya bildirib.

 

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Read 243 times Last modified on Friday, 17 May 2024 07:16

 

NEWS