Thursday, 16 May 2024 16:21

Latviya sahibkarları və Caspian Energy Club nümayəndələri görüş keçirdi

Caspian Energy Club-ın təşkilatçılığı və Latviya Respublikasının biznes nümayəndələrinin iştirakı ilə Round table təşkil edilmişdir. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev məlumat verib.

Round Table-da Latviya səfirliyinin nümayəndə heyəti, Latviya Kənd Təsərrüfatı Nazirliyinin nümayə heyəti, Caspian Energy Club-ın nümayəndə heyəti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nümayəndələri, Caspian Energy Club-a üzv olan və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin top-menecerləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə salamlama nitqiylə çıxış edən Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru direktoru Telman Əliyev Latviyanın Azərbaycandakı səfirliyinə təşəkkürünü bildirib. “Mən Azərbaycan və Latviya şirkətləri arasında açıq dialoq qurulması üçün səylərini əsirgəməyən və bizə dəstək göstərən Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Edqars Skuyaya dərin təşəkkürümü bildirirəm. Son illər iki ölkə arasında olan biznes maraqlar dahada artır və bu təşəbüslər hər iki tərəfdən olduğu üçün əməkdaşlıq templəri sürətlənir və miqyası böyüyür”, — o qeyd edib.

European Union Central Baltic proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsi haqqında söz edən Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev, layihənin yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahələrinə verəcək töhfəsindən söz edib.

“Sizə bugünkü tədbirin təşkilinə və ümumilikdə iki ölkənin özəl sektoru arasındakı dialoqun təşviqinə görə dərin təşəkkürümü bildirirəm”, — Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Edqars Skuya qeyd edib və Caspian Energy Club-ın Latviyanın uzunmüddətli və güvənli tərəfdaşına çevrildiyini, tədbirin isə Azərbaycan və Latviya üçün daşıdığı yüksək əhəmiyyətini xüsusi vurğulayıb.

“Bu görüş sayəsində bu gün biz işgüzar dairələrimizin nümayəndələrinin verdiyi suallara savadlı, peşəkar cavablar ala bildik. Ölkələrimizin ixrac, idxal, yeni texnologiyalar sahəsində geniş və müsbət təcrübəsi var. Hesab edirəm ki, əməkdaşlığı daha da genişləndirə biləcəyimiz sahələr hələ də var”, — Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Edqars Skuya bildirib.

“Biz iki ölkə arasındakı əməkdaşlığı genişləndirmək, Azərbaycanla Latviya arasında məhsul idxalını və ixracını artırmaq niyyətindəyik. Hesab edirəm ki, bugünkü görüş çox məhsuldar keçdi, biz bir neçə təqdimat dinlədik, iş adamlarımız faydalı məlumat əldə etdilər, həm Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, həm də özəl sektorun nümayəndələri ilə işgüzar ünsiyyət qurdular”, — Latviya Respublikasının Kənd Təsrüfatı Nazirliyinin dövlət katibi Raivis Kronberqs dedi. Gələcək layihələrdən söz edən dövlət katibi, Azərbaycanın və Latviyanın Kənd Təsərrüfatı Nazirlikləri arasında yaxın vaxtlarda imzalanacaq əməkdaşlıq memorandumunun layihəsi haqqında məlumat verdi.

Round table-da Caspian Energy Club-ın nümayəndə heyəti — Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev, Caspian Energy Club-ın sədrinin birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov, Caspian Energy Club İnternational-ın idarəedici direktoru Günel Quliyeva, Caspian Energy Club-ın İdarə heyətinin üzvü Rəşad Abasov, Gömrük Tənzimlənməsi İdarəsinin rəisi Cəfər Quluzadə, Daxilomalara Nəzarət Baş İdarəsindən Gömrük dəyərinin metodologiya şöbəsinin rəisi Rəşad Salmanov, Gömrük Riskləri İdarəsindən Gömrük risklərinin müəyyən edilməsi şöbəsinin böyük inspektoru Günəş Hacıyeva, Caspian Energy Club-ın Gömrük Komitəsinin rəhbəri Bahəddin Mirzə, Prime Financial Services-in direktoru Anar Əliyev; Latviya Səfirliyiyindən Nümayəndə heyəti —Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Edqars Skuya, Missiya Rəhbərinin müavini Viya Busa, İqtisadi məsələlər üzrə müşavir Elmira Mirzəyeva; Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayə heyəti — Dövlət Katibi Raivis Kronberqs, nazir müşaviri Romans Naudinş, nazir köməkçisi Anjelika Lazdina, ictimaiyyətlə əlaqələr departamentinin nümayəndəsi Oskars Balodis iştirak ediblər.

Görüşdə həmçinin SIA "Rēzeknes", SIA "Cēsu", SIA "Gaļas nams- Ādaži", SIA "Kurzemes", SIA "Kurzemes",  AS ‘‘Ķekava Foods”, Latviya Quşçuluq Asosiyasiyası, VAKS İctimai Təşkilatı, AS “Smiltenes”, AS “Smiltenes” kimi şirkətlərin nümayəndələri qonaqlar siyahısında yer almışlar.

İclas malların ƏDV-dən azad edilməsi imkanları, ixrac və idxal haqqında Azərbaycan Respublikasının qanunvericilik aktları, gömrük qanunvericiliyi, gömrük məcəlləsinin müddəaları, nəqliyyat, logistika, yük daşımaların sürətləndirilməsi, Azərbaycanın sərhəd keçid məntəqələrindən tranzitin sürətləndirilməsi istiqamətində atdığı addımlar, rüsumlar və s. Kimi mövzuları əhatə edən sual-cavab sessiyası ilə davam edib.

Görüşün sonunda Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Raivis Kronberqsə təşəkkürnamə sertifikatı təqdim etdi.

Daha sonra qeyri-rəsmi formatda davam edən hissədə iştirakçılara bir-birini daha yaxından tanımaq, söhbət etmək və fikir mübadiləsi aparmaq imkanı yaradıldı.

 

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Read 172 times Last modified on Thursday, 16 May 2024 12:45

 

NEWS