Friday, 10 May 2024 14:07

Vitam SITF 2024 sərgisində stend hazırlayıb

Vitam 10 May tarixində Cənubi Koreyanın paytaxtı Seulda keçirilən “Seoul International Travel Fair (SITF) - The Korea World Travel Fair (KOTFA)” sərgisində Dövlət Turizm Agentliyinə stend təqdim edib. Bu barədə Caspian Energy Media-ya Vitam-ın kommersiya direktoru Fərid Nemətzadə bildirib.

Koreya Dünya Səyahət Sərgisi (KOTFA) 38 illik tarixi ilə Koreyada 70 ölkənin turizm resurslarını və mədəniyyətlərini tanıtmaq üçün ən böyük beynəlxalq səyahət sərgisidir. 9-12 may 2024-cü il tarixlərində Seulda yerləşən “COEX” sərgi mərkəzində keçirilən dərgi çərçivəsində Cənubi Koreya və beynəlxalq şirkətlərin səyahət, turizm sektorları ilə bağlı məlumatları nümayiş olunur.

Təşkil olunan sərgidə müxtəlif turizm məhsulları, o cümlədən ölkəmizin təbiət turizmi potensialı və mədəni irs nümunələri haqqında xarici turizm şirkətləri və sərgi ziyarətçilərinə məlumat verilib, milli şirniyyatların dequstasiyası keçirilib.

Qeyd edək ki, layihənin təhvil verilməsi üçün şirkətin kommersiya direktoru Fərid Nemətzadə  Seula yollanıb.

"Seoul International Travel Fair (SITF) - The Korea World Travel Fair (KOTFA)” sərgisinin sədri Shin Joong Mokla maraqlı görüşümüz baş tutdu, ölkələr arası ikitərəfli münasibətlərdən və digər mövzulardan danışdıq", — deyə kommersiya direktoru Fərid Nemətzadə qeyd edib.

Read 242 times Last modified on Thursday, 06 June 2024 07:55

 

NEWS