Wednesday, 15 May 2024 16:17

KOB-lar “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim edir

Caspian Energy Media KOB-a istinadən xəbər verir ki, KOB subyektlərinin məhsul və xidmətlərinin tanıdılması məqsədilə “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgisində dövlət dəstəyi ilə xüsusi stend qurulub.

Mayın 15-də Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgiləri öz işinə başlayıb.

Əvvəlki illərdə olduğu kimi, bu il də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro və kiçik sahibkarlar ödənişsiz olaraq sərgidə məhsul və xidmətlərini təqdim edirlər. 

Qeyd edək ki, “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgiləri mayın 17-dək davam edəcək. Sərgilərdə 40-a yaxın ölkədən 500-ə qədər şirkətin məhsul və xidmətləri nümayiş olunur.

Read 132 times Last modified on Wednesday, 15 May 2024 13:44

 

NEWS