Wednesday, 15 May 2024 12:10

FAO: Azərbaycanın aqrar-sənayedə gördüyü innovativ işləri COP29-da dünyaya nümayiş etdirmək imkanı var

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılış mərasimində deyib.

“Sərgi heyvandarlıq, quşçuluq, bağçılıq da daxil olmaqla müxtəlif sektorları bir araya gətirir və kənd təsərrüfatında rəqəmsallaşmanın vacibliyini vurğulayır. Bu, yerli və beynəlxalq tərəfdaşlar arasında əlaqələr qurmaqla yanaşı, ekspertlər, özəl sektor, fermerlər, eləcə də ümumi istehlakçılar üçün öz biliklərini, təcrübələrini bölüşmək üçün əla imkan yaradır”, - deyə Muhammad Nasar Hayat bildirib.

Read 90 times

 

NEWS