Tuesday, 14 May 2024 14:02

Ümumi Daxili Məhsul istehsalı 4,3 faiz artıb

2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38181,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Caspian Energy Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7,7 faiz artmışdır.

ÜDM istehsalının 40,3 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3748,1 manata bərabər olmuşdur.

Read 485 times Last modified on Tuesday, 14 May 2024 10:19

 

NEWS