Tuesday, 14 May 2024 09:44

XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçiriləcək

Bu ilin 5-8 iyun tarixlərində  "Roskonqress" fondunun təşkilatçılığı ilə XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PMEF-2024) keçiriləcək.

Caspian Energy Media AZPROMO-ya  istinadən xəbər verir ki, forum çərçivəsində müxtəlif işgüzar tədbirlər, o cümlədən 5 iyun tarixində "KOB-ların Beynəlxalq Əməkdaşlıq Günü" forumu keçiriləcək.

Qeyd edək ki, PMEF-2023-ə 130 ölkədən 17 min iştirakçı qatılıb, forum çərçivəsində 200 tədbir keçirilib, bağlanan sazişlərin ümumi dəyəri isə 42 mlrd. ABŞ dollarını üstələyib.

PMEF-2024-də iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon nömrələri vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Tel.: (+99412) 598-01-47/48 (daxili 3644)

Read 129 times

 

NEWS