Friday, 10 May 2024 08:16

TransLogistica Caspian 2024 sərgisi baş tutacaq

Mg Transport olaraq 4-6 iyun tarixlərində keçiriləcək  Caspian Event Organisers MMC tərəfindən təşkil olunan TransLogistika Caspian 2024 sərgisində sizləri görməkdən şad olarıq.

“TransLogistica Caspian” sərgisi dəmir yolları, dənizçilik sənayesi, aviasiya, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları, aerodromlar və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır.

Həmçinin, “TransLogistica Caspian” sərgisi yükdaşıma şirkətləri ilə yük sahibləri arasında görüşlərin keçirilməsi üçün işgüzar platforma olmaqla yanaşı, Xəzər və Qafqaz regionunda nəqliyyat-logistika xidmətlərinizin təşviqi baxımından da səmərəli vasitədir.

Əlaqə üçün : +994 51 280 48 99

Read 163 times Last modified on Friday, 31 May 2024 08:08

 

NEWS