Tuesday, 07 May 2024 11:58

Azərbaycan – Slovakiya biznes forumu keçirilib

Mayın 7-də Bakıda  Azərbaycan-Slovakiya biznes forumu keçirilib.

Caspian Energy Media xəbər verir ki, bu barədə məlumatı Mikayıl Cabbarov rəsmi "X" hesabında paylaşıb.

“Azərbaycan – Slovakiya biznes forumunda ikitərəfli iqtisadi əlaqələrin səmərəsini yüksəldən birgə fəaliyyət istiqamətlərinin genişləndirilməsi, ticarət, energetika, sənaye, nəqliyyat, turizm sahələri üzrə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük. Ölkələrimizin investisiya imkanlarının dəyərləndirilməsi, biznes subyektləri arasında əməkdaşlığın və qarşılıqlı sərmayələrin təşviqi barədə müzakirələr apardıq.”- deyə nazir bildirib.

Read 51 times
NEWS