Monday, 06 May 2024 12:48

Fərid Qayıbov tarix yazan şahmatçını qəbul edib

Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, mayın 6-da gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyevanı qəbul edib.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən şəxsi qitə çempionatında qızıl medal qazanaraq ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, vitse-prezidenti Faiq Həsənov və məşqçisi Yevgeniy Tomaşevskiy iştirak ediblər.

Read 46 times
NEWS