Cümə axşamı, 03 Oktyabr 2019 17:06

ICAO Azərbaycanın mülki aviasiya sahəsində uğurlarını vurğulamışdır

3 oktyabr 2019-cu il, MonrealBeynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Rəyasət Heyəti (ICAO) aviasiya təhlükəsizliyinə nəzarət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycan mülki aviasiyasını təltif etmişdir.

 

Fəxri sertifikat ICAO-nun 75 illiyi və ICAO Assambleyasının Kanadanın Monreal şəhərində keçirilmiş 40-cı yubiley sessiyasınahəsr edilmiş Dünya Forumu çərçivəsində təqdim edilmişdir. Azərbaycan nümayəndə heyətinə Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov rəhbərlik etmişdir.

 

Assambleyaya ICAO-ya üzv olan 184 dövlət və 70 beynəlxalq təşkilatdan ümumilikdə 2600-dən çox iştirakçı qatılmışdır.

 

“Son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan mülki aviasiyası çox böyük uğurlaraimza atmışdır. Aviasiya təhlükəsizliyinin bizim üçünhər zaman prioritet məsələolaraq qaldığınıxüsusi vurğulamaq istəyirəm. ICAO tərəfindənverilən beləfəxri mükafatlar bu uğurların növbəti təsdiqidir, - AZAL prezidenti Cahangir Əsgərov bildirmişdir.

 

"ICAO Şurasının bizim “Heç bir ölkə diqqətdən kənarda qalmayacaq(No Country Left Behind)təşəbbüsümüzçərçivəsində təsis etdiyi mükafatlar vahid qlobal aviasiya şəbəkəmizi daha datəhlükəsiz edən ölkələrə daha çox diqqət ayırmaq üçün nəzərdə tutulmuşdur", - ICAO prezidenti Olumuiva Benard Aliubildirmişdir.

 

ICAO Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olub, bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və nizamlı inkişafına yardım məqsədilə 1944-cü ildə təsis edilmişdir. Azərbaycan 1992-ci ildən ICAO-nun üzvüdür.

 

 

AzərbaycanHavaYolları” QSC-ninmətbuatxidməti

Read 2935 times
НОВОСТИ