Cümə, 24 Aprel 2020 11:36

Azərbaycan aviatorları qanvermə aksiyasında iştirak etdilər

24 aprel 2020-ci il, Bakı– Azərbaycanın milli aviadaşıyıcısı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan qanvermə aksiyasına qoşulmuşdur.

Bu mərhələdə 300-dən çox Azərbaycan aviatoru  qanvermə aksiyasında iştirak etmişdir.

Qanın verilməsi xüsusi cədvələ əsasən, karantin rejiminin tələblərinə riayət olunmaqla həyata keçirilmişdir.

Qeyd edək ki, könüllü qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusən talassemiyadan əziyyət çəkən insanlara kömək etmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanmışdır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

 

Read 823 times
anniversary
OLDNEW
НОВОСТИ