Bazar ertəsi, 07 Oktyabr 2024 16:13

Turistlər üçün yeni kampaniyaya start verilib

 Azərbaycan Turizm Bürosu ilə “Azərbaycan Hava Yolları”nın birgə təşəbbüsü ilə Bakının turizm imkanlarının təbliği məqsədilə kampaniyaya start verilib.

Kampaniya çərçivəsində AZAL-la səyahət edən yerli və xarici sərnişinlər sentyabrın 29-dan dekabrın 29-na kimi AZAL-ın minik talonundan göstərilən tarixdən 48 saat ərzində “Bakı Şəhər Turu” avtobus biletlərinə 20% endirim əldə edirlər.

Dünya təcrübəsində geniş istifadə olunan “Hop-On-Hop-Off” avtobus turları hər gün saat 11:20-dən 16:40-a kimi fəaliyyət göstərərək 80 dəqiqə müddətində paytaxtın əsas 15 turistik məntəqəsini əhatə edir. Avtobuslarda Azərbaycan, rus, ingilis, alman, fransız, fars, italyan və yapon dilləri daxil olmaqla 8 dildə ödənişsiz audio-bələdçi mövcuddur.

Bu barədə “Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Read 309 times Last modified on Bazar ertəsi, 07 Oktyabr 2024 12:16