Çərşənbə, 17 İyul 2024 15:38

Paris bələdiyyə sədri Ann Hidalqo Sena çayına dalır

Fransada 100 ildən artıqdır üzgüçülüyün qadağan edildiyi Sena çayının təmizlənməsi üçün 1,38 milyard avro xərclənib bunula yanaşı, çirkab suların çaya axmasının qarşısını almaq üçün nəhəng yeraltı hovuz da tikilib.

Paris meri Ann Hidalqo Olimpiya məşəlinin şəhərə çatmasına bir neçə gün qalmış üzgüçülük yarışlarında istifadə edilməsi planlaşdırılan Sena çayının suyun keyfiyyəti ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün suya enib.

Dalğıc kostyumu geyinən Hidalqo Meriya və Notr-Dam Katedrali yaxınlığındakı çayda üzərkən, Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Toni Estanqe Hidalqonu müşayiət edib.

Fransanın idman naziri Ameli Udea-Kastera da şənbə günü Sena çayında üzdü.

Read 497 times