Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində Bakıda Gürcüstan və Azərbaycan Respublikasının baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Komissiyanın iclasında iki ölkənin hökumət üzvləri iştirak edəcək.
Bu barədə “Caspian Energy Media” Baş nazirin mətbuat xidmətinə istinadən xəbər verir.