Cümə, 27 Dekabr 2024 20:38

Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib

Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib. "Caspian Energy Media" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, komissiya üzvlərinin səlahiyyətləri üzrə məruzələri dinlənilib.

Komissiya üzvləri yaralıların, həmçinin həlak olanların nəşlərinin Azərbaycana gətirilməsi, həlak olanların dəfn olunması, hazırda vəziyyəti ağır olan vətəndaşların Aktauda davam edən müalicəsinin gedişi ilə bağlı məlumat veriblər.

 

 

 

Read 19 times Last modified on Şənbə, 28 Dekabr 2024 10:45