Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau yaxınlığında Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan AZAL təyyarəsinin qəzaya uğramasından sonra aviasiya təhlükəsizliyinin gücləndirilməsini tapşırıb.
Baş nazir vurğulayıb ki, bu vəziyyətdən düzgün nəticə çıxarmaq və gələcəkdə bunun qarşısını almaq üçün konkret tövsiyələr hazırlamaq lazımdır.
Bu barədə “Caspian Energy Media” Qazaxıstan Respublikası Hökumətinin Mətbuat Xidmətinə istinadən xəbər verir.