Dekabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib.
“Caspian Energy Media” xəbər verir ki, sessiyada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ölkəmizin Misirdəki səfiri Elxan Poluxov da iştirak ediblər.