Bazar ertəsi, 07 Oktyabr 2024 14:34

3-cü rübdə Energetika Nazirliyi tərəfindən 44 icazə verilib

2024-cü ilin 3-cü rübü ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 44 icazə verilib. “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 38, ixracı üzrə 3, tranziti üzrə isə 1 icazə verilib.

Rüb ərzində, həmçinin 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalına 1 icazə, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə 1 icazə verilib.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 269 times Last modified on Bazar ertəsi, 07 Oktyabr 2024 10:36