Cümə, 27 Sentyabr 2024 10:17

Azərbaycan Serbiya ilə təbii qaz və “yaşıl enerji” üzrə sənədlər imzalayıb

İkitərəfli enerji əməkdaşlığının inkişafı məqsədilə Belqradda səfərdə olan energetika naziri Pərviz Şahbazov ilə Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç arasında görüş olub. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafında Azərbaycan və Serbiya dövlət başçılarının dostluq əlaqələrinin mühüm rolu vurğulanıb. 

Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Azərbaycan qazının Serbiyaya tədarükündən məmnunluq ifadə edilib və enerji tərəfdaşlığının “yaşıl enerji” sahəsində genişləndirilməsi perspektivləri dəyərləndirilib. Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Yekunda SOCAR və “Srbijagas” arasında qaz təchizatı üzrə alqı-satqı müqaviləsi və “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Daha ətraflı

 

Read 364 times Last modified on Cümə, 27 Sentyabr 2024 10:24