Çərşənbə, 28 Avqust 2024 14:04

Kəlbəcərdə qızıl təzahürü sahəsində buruqqazma işlərinə başlanılıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Şərqi Zəngəzur iqtisadi rayonunun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl təzahürü sahəsində geoloji tədqiqatların ikinci mərhələsi – İlkin kəşfiyyat işlərinin icrasına başlayıb.

Belə ki, QSC ümumi sahəsi 27 min 360 hektar olan təzahür sahəsində mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 5 703 hektar ərazidə tədqiqatların 1-ci mərhələsini – Axtarış-qiymətləndirmə işlərini yekunlaşdıraraq, növbəti mərhələ üzrə fəaliyyətə keçid edib. Tədqiqatların 2-ci mərhələsində ərazidə buruqqazma işləri həyata keçirilir.

“Caspian Energy Media” “AzerGold”a istinadən xəbər verir ki, paralel olaraq “Tutxun” təzahür sahəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam etdirilir, ərazilər təmizləndikcə QSC tərəfindən mərhələli şəkildə geoloji tədqiqatlar həyata keçirilir.

Read 524 times