Cümə axşamı, 16 Yanvar 2025 14:47

Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib

Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiq edib.

«Caspian Energy Media» xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Nazirlər Kabineti, Rəqəmsal İnkişaf Operatorunun funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Belə ki, dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə monitorinqlər aparılacaq, xidmətlər üzrə rəqəmsal idarəetmə çərçivəsi və təşkilati struktur təşkil ediləcək, rəqəmsal gündəliyin idarə edilməsi və rəqəmsal xidmətlər üzrə layihə və təşəbbüslərin əlaqələndirilməsi üçün qurumlarda rəqəmsal inkişaf sahəsinə məsul şəxslər müəyyənləşdiriləcək, dövlət qurumlarında məsul şəxslərin hüquq və vəzifələri müəyyən olunacaqdır

Read 10 times