Bazar ertəsi, 13 Yanvar 2025 12:07

Türkiyədə kibertəhlükəsizlik idarəsi yaradılıb

PrezidentRəcəbTayyib Ərdoğanınfərmanı ilə Türkiyə Kibertəhlükəsizlik İdarəsiyaradılıb. İdarənin vəzifəsi Türkiyənin informasiya məkanında təhlükəsizlik siyasətinin, strategiyasının və hədəflərinin formalaşdırılması olacaq.

Yeni struktur xətti ilə fəaliyyət planları hazırlanacaq, qanunvericilik bazası təkmilləşdiriləcək, kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar əlaqələndiriləcək.

Bundan əlavə, Türkiyənin informasiya təhlükəsizliyi təbliğ olunacaq, mütəxəssis hazırlığı kursları təşkil olunacaq, universitetlərin, dövlət və özəl sektorun iştirakı ilə layihə və proqramlar həyata keçiriləcək. Idarənin prioriteti yerli proqram təminatı və texnologiyaların inkişafı, yeni layihələrin təşviqi və böhran vəziyyətlərinin idarə edilməsi olacaq, “Caspian Energy Media” xəbər verir.

Read 32 times Last modified on Bazar ertəsi, 13 Yanvar 2025 12:10