Bazar ertəsi, 18 Noyabr 2024 16:51

COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib

Azərkosmos, Azərbaycan Respublikasının Kosmik Agentliyi tərəfindən noyabrın 16-da COP29 çərçivəsində Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib. Tədbirdə beynəlxalq kosmik ictimaiyyətin 80-ə yaxın nümayəndəsi iştirak edib. Tədbirə Yaponiya, Amerika Birləşmiş Ştatları, Bəhreyn Krallığı, Braziliya, Çin, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniyanının kosmik agentliklərinin rəhbər heyəti, BMT-nin Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası və Millətlər Birliyi təşkilatının rəhbərləri qatılıb.

Sammitdə kosmik fəaliyyəti olan ölkələrin “İqlim fəaliyyəti üçün birgə səylər: tərəfdaşlıqlar, bilik və məlumat mübadiləsi” mövzusunda hər bir dövlətin uyğunluğunu əks etdirən bəyanatlar dinlənilib.

Bu barədə "Caspian Energy Media" Azərkosmos-a istinadən xəbər verir.

 

Read 99 times