Cümə axşamı, 23 Yanvar 2025 13:27

AMB və IMF "Maliyyə sektorunun qiymətləndirilməsi" layihəsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında "Maliyyə sektorunun qiymətləndirilməsi" layihəsi müzakirə edilib.

“Caspian Energy Media” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr IMF-in Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə baş tutub: "Görüşdə Azərbaycanda makroiqtisadi vəziyyət, ortamüddətli dövr üzrə makroiqtisadi gözlənti və proqnozlar, pul siyasəti üzrə islahatlar və qəbul olunan qərarlar, habelə maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi, IMF-nin maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi ətrafında geniş fikir mübadiləsi apardıq. Həmçinin gələcəkdə pul siyasətinin ötürücülüyünün daha da artırılması və maliyyə sektorunun inkişafı məsələlərini də müzakirə etdik".

Read 9 times