Cümə, 17 Yanvar 2025 15:13

ADB-nin Azərbaycan üzrə 5 illik yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi təqdim edilib

Azərbaycan Mərkəzi Bankı və Asiya İnkişaf Bankı (ADB) 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini təqdim edib.

Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ADB-nin ölkə üzrə direktoru xanım Sunniya Durrani-Camal ilə görüşüb. Görüş çərçivəsində Ölkə Tərəfdaşlıq Çərçivəsinin təqdimatı keçirilib, Azərbaycanın ADB ilə uğurlu tərəfdaşlığından məmnunluq ifadə olunub və əməkdaşlığın dərinləşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” AMB-yə istinadən xəbər verir.

 

Read 12 times Last modified on Çərşənbə axşamı, 21 Yanvar 2025 10:16