Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi bankları arasında risklərin idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
“Caspian Energy Media” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, AMB-nin Risklərin idarə edilməsi, Strategiya və layihə idarəetməsi departamentlərinin nümayəndələri BƏƏ-nin Mərkəzi Bankına işgüzar səfər edib.
Səfər çərçivəsində strateji planlaşdırma, eləcə də layihələrin və risklərin idarə edilməsi sahələri üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb, qabaqcıl yanaşmalar və uğurlu təcrübələr nəzərdən keçirilib.