Bazar ertəsi, 09 Dekabr 2024 14:10

SOCAR şirkəti Gürcüstanın regionlarında qaz kəmərlərini alacaq

Gürcüstan hökuməti ölkənin qərbindəki rayonlarda qaz kəmərlərinin SOCAR Gas Georgia şirkətinə birbaşa satışını təsdiqləyib. Bu qərar çərçivəsində şirkət qaz kəmərlərini 19,8 milyon lariyə (təxminən 7 milyon ABŞ dolları) alacaq. Müvafiq sərəncamı Baş nazir İrakli Kobaxidze imzalayıb.

Söhbət İmereti, Quriya və Sameqrelo-Zemo Svaneti bölgələrinin kəndlərində yerləşən 41 qaz kəmərinin özəlləşdirilməsindən gedir. Özəlləşdirmə prosesi 17 il üçün nəzərdə tutulub və dövlətə ödənişlər 2032-ci ildən başlayacaq.

Read 96 times