Bazar, 29 Dekabr 2024 13:32

Azərbaycanda ilk KOB klaster şirkəti yaradılıb

Ölkədə ilk KOB klaster şirkəti olan “Frutena KOB klaster şirkəti” MMC artıq dövlət qeydiyyatına alınıb. KOB klaster şirkəti Quba rayonunun ərazisində alkoqolsuz içkilərin istehsalında istifadə ediləcək təbii meyvə konsentratı istehsal edəcək. 

4 hektar ərazidə yerləşəcək zavodun 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. Zavodda illik 4 min ton alma konsentratı istehsal edilməsi nəzərdə tutulur ki, bunun üçün 28-30 min ton almadan istifadə olunması proqnozlaşdırılır. KOB klaster şirkətinin fəaliyyəti üçün 15 milyon manat investisiya yatırılacağı və layihə çərçivəsində ilkin mərhələdə 30 nəfərin daimi işlə təmin ediləcəyi nəzərdə tutulur. 

Bu barədə “Caspian Energy Media” KOBİA-ya istinadən xəbər verir. 

Read 37 times Last modified on Bazar, 29 Dekabr 2024 11:43