Şəki Dövlət Dram Teatrında IV Şəki Beynəlxalq Teatr Festivalının açılışı keçirilib. Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub. Dekabrın 5-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri də iştirak edirlər.
Tamaşada Orta əsrlərdə İtaliyada zadəgan ailələr, əyanlar və onların başına gələn romantik hadisələrdən bəhs edilir. Səhnə əsərinin nümayişindən sonra teatrın yaradıcı kollektivinə xatirə hədiyyələri təqdim olunub.
Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.