18 dekabr tarixində “Gülüstan” sarayında ilin ən böyük “networking” tədbiri olan, “Yaşıl dünya naminə həmrəylik ili” və “Caspian Energy” brendinin 25 illik yubileyinə həsr olunmuş 11-ci Beynəlxalq "Caspian Business Award 2024" mükafatının təltifetmə mərasimi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təşkil olunub.
11-ci Beynəlxalq “Caspian Business Award 2024” mükafatına “Maliyyə sektorunun inkişafına verdiyi xüsusi töhfəyə görə” nominasiyasında Bakı Fond Birjasının (BFB) Muşahidə Şurasının sədri Fərid Axundov layiq görülüb.