Cümə axşamı, 24 Oktyabr 2024 10:41

"MyGroup Holding"ə yeni təyinət

"MyGroup Holding" Azərbaycan bazarında aparıcı oyunçulardan biri olaraq həm yerli, həm də beynəlxalq səviyyədə mövqelərini gücləndirməyə davam edir. Şirkətin inkişaf və genişlənmə strategiyası çərçivəsində bu yaxınlarda yeni vitse-prezident — Kənan Sadıqlı təyin edilib. Bu barədə “Caspian Energy Media“ "MyGroup Holding"dən xəbər verilib.    

Kənan Sadıqlı iri layihələrin idarə olunmasında uzun illik təcrübəyə malik peşəkardır. O, karyerası boyunca uzunmüddətli strategiyalar quran və onları çətin şəraitdə həyata keçirməyi bacaran effektiv lider kimi tanınıb. "MyGroup"da onun əsas vəzifəsi biznesin ən vacib sahələrini idarə etmək, eləcə də holdinqi daha yüksək səviyyəyə çıxarmaq potensialına malik olan yeni layihələrin inkişafı olacaq.

 

Read 369 times Last modified on Cümə axşamı, 24 Oktyabr 2024 10:50