Bazar ertəsi, 16 Sentyabr 2024 15:02

Azərbaycan Braziliya ilə kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalayıb

 

Azərbaycanla Braziliya arasında aqrobiznes sahəsində investisiyalar təşviq ediləcək.

“Caspian Energy Media” xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov şəxsi “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu məsələ Braziliya ilə imzalanmış kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumunda öz əksini tapıb: “Memorandum Braziliyada keçirilən G20 Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində imzalanıb. Belə ki, memorandum ölkələrarası mövcud dostluq əlaqələrinin daha da genişləndirilməsinə xidmət edəcək”.

M. Məmmədov qeyd edib ki, memorandum özündə elmi və texnoloji yeniliklərin, ekspertlərin, mütəxəssislərin mübadiləsini, birgə müəssisələrin, investisiyaların və digər əməkdaşlıq formalarının təşviqini ehtiva edir: "İmzalanmış memorandumun ölkələrarası ticarət və aqrobiznes investisiyalarının təşviqinə mühüm töhfə verəcəyinə inanırıq”.

 

Read 433 times